“İnter” türkiyəli futbolçunun keçidini açıqladı

İyn22,2021

İtaliya “Milan”ından ayrılan Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlunun “İnter”ə keçidi rəsmiləşib.

QİA.AZ klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 3 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2020/2021 mövsümündə “Milan”da 43 oyuna 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Milan”la müqaviləsi iyunun 30-da başa çatır.

Oxşar Xəbərlər