“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İyl5,2021

“InvestAZ İnvestisiya Şirkəti” QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Amerikanın əmək bazarına dair fundamental göstəricilərin yaxşı açıqlanmasına baxmayaraq, sənaye sektorunda böyümənin yenidən zəifləməsi, dollar indeksində, EURUSD məzənnəsində korreksiyaya səbəb olmuşdur. Lakin təhlillərə əsasən, avroda ucuzlaşma davam edə bilər və 1.17$ reallaşa biləcək səviyyədir.

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da Almaniya və Avrozona üzrə dərc ediləcək iqtisadi inkişaf proqnozlarını ölçən indeks də investorların diqqət mərkəzində olacaqdır.

GBP

İngiltərədə də korona infeksiyaların artması xəbərləri, iqtisadi qeyri-müəyyənliyi artırmaqla bərabər, funt sterlinqin də ucuzlaşmaqda davam edəcəyini ehtimal etməyə əsas verir. Beləliklə, 1.39$-ın altında qalan GBPUSD məzənnəsi 1.37$-a kimi də ucuzlaşa bilər.

Cümə günü saat 10:00-da İngiltərənin də iqtisadiyyatına dair önəmli fundamental göstəricilər açıqlanacaqdır.

TRY

Bütün valyuta bazarlarında tendenisyaya uyğun olaraq, USDTRY məzənnəsində də korreksiya müşahidə edilir. Qlobal təhlillərə əsasən isə bahalaşma 9TL-yə kimi davam edə bilər.

Bunun əsas səbəbi bazar ertəsi saat 11:00-da dərc ediləcək inflyasiya göstəricilər üzrə proqnozların artımı istiqamətində olmasıdır.

OIL

Enerji birjalarında Avropanın Brent nefti son iki il yarımın maksimumunda ticarət edilməkdədir və bir barel qiymətin 80$-a kimi dəyər qazanacağı proqnozlaşdırılır.

Cümə axşamı saat 19:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

FED-in siyasəti fonunda qeyri-müəyyənliyin yenidən artması, qızılın da 1800 – 1750$ (57.9 – 56.3 $/qram) aralığında korreksiyasına səbəb olmuşdur. Lakin qlobal proqnozlar bir unsiya üzrə qiymətin daha da ucuzlaşacağı istiqamətindədir.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti”nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

_________________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Oxşar Xəbərlər