Beynəlxalq Olimpiya Komitəsi (IOC) Yaponiyanın paytaxtı Tokioda keçirilək Yay Olimpiya Oyunları ərəfəsində idmançılar üçün peyvənd xərclərini ödəmək niyyətindədir.
“QİA.AZ”ın məlumatına görə, bu barədə IOC-un prezidenti Tomas Bax mətbuat konfransında deyib.
Funksioner bildirib ki, vaksin olimpiadanın startınadək tapılsa, qurum həmin xərcləri özü qarşılayacaq: “Bu mövzuda milli olimpiya komitələri ilə əməkdaşlıq edəcəyik. Yaponiyaya gəlməzdən əvvəl mümkün qədər çox insana peyvəndin vurulmasını istəyirik”.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul – 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada 2021-ci il 23 iyul – 8 avqusta təxirə salınıb.