İordaniya müvəqqəti olaraq Suriya ilə sərhədi bağlayıb

Avq1,2021

İordaniya hakimiyyəti Dəməşqdən 110 km aralıda yerləşən Dəraa şəhərində vəziyyətin gərginləşməsi səbəbindən Suriya ilə sərhədi müvəqqəti bağlamaq qərarına gəlib.

QİA.AZ-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Krallığın Daxili İşlər Nazirliyindəki mənbə bildirib.

“Nəsib-Cabir keçid məntəqəsi, sərhədin Suriya tərəfindəki təhlükəsizliyə təsir edən hadisələr səbəbiylə müvəqqəti olaraq bağlanacaq”, – mənbə deyib.

Məlumata əsasən, keçid məntəqəsi “uyğun şərait təmin edildikdən sonra öz işini bərpa edəcək”.

Oxşar Xəbərlər