İordaniya vəliəhdi şahzadə Hüseyn və Racva Əl Saif ilk dəfə valideyn olub.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “The National” məlumat yayıb. Cütlüyün İman adlı qızı dünyaya gəlib.
“Allah onu valideynlərinin göz bəbəyi eləsin”, – ailə nümayəndələrinin açıqlamasında deyilir.
Cütlük 2023-cü il iyunun 1-də Əmmanda, şahzadənin valideynləri Kraliça Raniya və İordaniya Kralı II Abdullahın 1993-cü ildə evləndiyi Zəhran sarayında ənənəvi İslam mərasimində evlənib.