İordaniyada koronavirus xəstəxanasında oksigen kəsildi – Ölənlər var

İordaniyanın Əs-Salt şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada oksigen verilişi kəsildiyi üçün 6 nəfər həlak olub.

QİA.AZ-ın məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri bildirib.

Onun sözlərinə görə, hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma başlayıb.

Qeyd edək ki, bu günədək İordaniyada 465 mindən çox şəxs koronavirusa yoluxub, 5 mindən çox xəstə həyatını itirib.

Oxşar Xəbərlər