İqlim dəyişikliyi kənd təsərrüfatına da ciddi təsir edir – Misirli rəsmi

Noy5,2021

İqlim dəyişikliyi kənd təsərrüfatına da ciddi təsir edir və bir sıra problemlər yaradır. 2050-ci ildə dünya əhalisi 10 milyarda çatacaq və o mərhələdə daha fərqli problemlər meydana gələcək.

unu VIII Qlobal Bakı Forumunda “Qida və Qida Təhlükəsizliyinin Təşviqi” mövzusunda paneldə çıxış edən Beynəlxalq Quru Torpaqların İnkişafı Komissiyasının sədri, Misirin keçmiş Kənd Təsərrüfatı və Meliorasiyası naziri Adel El Beltagy deyib.

Onun sözlərinə görə, naviqasiya sistemi təşkil edilməlidir ki, başqa regionlarda olan iqlim dəyişikliyi problemlərini görə və həll yolları tapa bilək: “Bütün bu problemlər qida təhlükəsizliyində də çətinliklər yaradır. Nəinki qida təhlükəsizliyi, hətta qida istehsalçıları belə bir sıra problemlərlə üzləşə bilər”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Oxşar Xəbərlər