“Pandemiyanın baş verməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”.
“QİA.AZ” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, COVID-lə yanaşı, hərbi vəziyyət də ölkə iqtisadiyyatına təsir edib: “Özəl sektorda investisyalar 8 faiz artıb. Yanvar- noyabr aylarında əhalinin gəlirləri 4 faiz aşağı düşüb”.