Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyaya səfər edib.
Bu barədə nazir “X” sosial hesabında paylaşım edib.
“Slovakiyaya səfərimiz zamanı bu ölkənin Baş naziri Robert Fitsonun qəbulunda olduq. Azərbaycan-Slovakiya iqtisadi münasibətlərinin gücləndirilməsinin, enerji, ticarət, investisiya sahələrində əməkdaşlığın təşviqinin əhəmiyyəti vurğulandı və birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirildi”, – nazir qeyd edib.