“İrəli” də“Rəqəmsal Ay” başa çatıb

May3,2021 #irəli #rəqəmsal ay
irəli ictimai birliyi

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “All Digital Month” (Rəqəmsal Ay) layihəsi başa çatıb.

Bu barədə “QİA.az”a “İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən məlumat verilib.

Rəqəmsal ay layihəsi pandemiya şəraitində aktiv və sosial həyat tərzindən uzaqlaşan gənclər üçün faydalı bir fürsətə çevrilib. Layihə çərçivəsində reallaşdırılması nəzərdə tutulan fəaliyyətlər uğurla yekunlaşıb.

Belə ki, layihə iştirakçıları beynəlxalq layihələrdə iştirak, xaricdə təhsil, media savadlılığı, CV və motivasiya məktublarının yazılması, rəqəmsal marketing, milli musiqi, startaplar, karyera seçimi, jest dili, hüquq kimi mövzularla bağlı müzakirələrdə, həmçinin yazıçılar və bəstəkarlarla onlayn görüşlərdə iştirak edərək onları maraqlandıran suallara cavab tapıblar.

Layihə ilə bağlı statistik məlumatlara gəlincə isə dövr ərzində 3 TV, 1 radio verilişdə iştirak edilib, 48 mətbuat orqanında 58 xəbər işıqlandırılıb.

Layihədə isə ümumilikdə 517 nəfər iştirak edib ki, onlarla 12 fərqli mövzuda 12 təlim keçirilib.

Birliyin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, eyni zamanda mövcud vəziyyətdə gənclərin fərqli istiqamətlərdə maarifləndirilməsi, rəqəmsal marketinq üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onlayn resurslar haqqında məlumatlılığın artırılması, peşəkar təlimçilər tərəfindən keçiriləcək görüş və təlimlərdə iştirak edərək bu sahələr üzrə biliklərə yiyələnməsidir.

Qeyd edək ki, layihə 25 mart -25 aprel tarixlərini əhatə edib.  Ötən mövsüm uğurla həyata keçirilən layihədə 300-dan çox gənc iştirak edərək müxtəlif bilik və bacarıqlara yiyələniblər.

Bir ay ərzində rəqəmsal fəaliyyətləri özündə cəmləyən layihənin əsas məqsədi gənclərin müasir dövrün çağırışlarına adekvat cavab verməsi, rəqəmsallaşmanın üstünlüklərinə diqqət çəkməkdir. 

Oxşar Xəbərlər