“İrəli” İctimai Birliyi İdeya Bankı yaradıb

Apr23,2021

“İrəli” İctimai Birliyi daima gənclərin fərdi inkişafına dəstək ola biləcək layihələr həyata keçirir. İndiyədək yüzlərlə fərdi layihə və təşəbbüslərin təşkilati dəstəyini göstərən Birlik indi də gənclərin ideyalarını real layihələrə çevirir. Müxtəlif sahələrdə gənclərin inkişafı üçün ideyası olan və necə həyata keçirmək lazım olduğunu bilməyən gənclərə “İrəli” dəstək olmağa hazırdır.

“İrəli” İctimai Birliyindən “QİA.az”a verilən məlumata görə, gənclərin fərdi inkişafına dəstək ola biləcək hər bir təşəbbüsə açıq olan birlik, ideyaların reallaşdırılması üçün İdeya Bankı yaradıb. İdeya Bankı gənclərə öz layihələrini həyata keçirmələrində dəstək olacaq.

İdeyaların gerçəkləşdirilməsi prosesi bir neçə mərhələdən ibarətdir. Öncə ideya sahibi gənclər ideyalarını banka daxil edəcək. Daha sonra həmin ideyalar araşdırıldıqdan və seçildikdən sonra onların reallaşdırılması istiqamətində Birlik tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək. Uyğun görüldükdən sonra ideyalar layihələr şəklində reallaşacaq. İdeya Bankına layihə təklifləri olan gənclər aşağıdakı linkdən daxil olaraq özü və reallaşmasını istədiyi layihəsi barədə sualları cavablandırmalıdır. İdeyanın təsviri, məqsədi, keçirilmə tarixi formatı və s. kimi məlumatları qeyd etməlidir.

https://ireli.az/ideya-banki/

Oxşar Xəbərlər