QİA.AZ xəbər verir ki, Rusiyanın RBK Tv kanalı İrəvanda bazardan reportaj hazırlayıb. Reportajda bazarda alış-verişin tamamilə dayandığı aydın görünür. Jurnalistin “alver necə gedir?” sualına cavab olaraq satıcılar bildirirlər ki, hazırda vəziyyət çox çətindir. Məhsullarını adətən Rusiyadan gələn turistlərə satdığını deyən alverçilər çörək pulu üçün işlədiklərini deyir, alverin tamamilə dayandığından gileylənirlər.
“İrəvandakı bütün sahibkarlar, demək olar ki, eyni vəziyyətdədir. Satışda 100% – dən 70-80% – ə qədər geriləmə var. Həftələrlə satışımız olmur. İllərdir işləməyə alışdığımız üçün hər gün gəlib mağazamızı açırıq, amma satış yoxdur”,- deyə satıcılar etirazlarını bildirirlər.