İrəvanda atışma olub, 2 nəfər yaralanıb

İyn1,2021

Ermənistanın paytaxtı İrəvanda pivəxanada baş verən atışma nəticəsində iki nəfər yaralanıb.

“QİA.az” xəbər verir ki, məlumatı “shmashyan” saytı yayıb.

Tərəflər arasında pul məsələsinə görə başlayan mübahisə daha sonra silahlı qarşıdırmaya çevrilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Araşdırma nəticəsində mübahisənin Yerevan sakinləri 27 yaşlı O.Markaryanla 27 M.Karapetyan arasında olduğu müəyyənləşib. Belə ki, M.Karapetyan qarşı tərəfə atəş açıb. Hüquq-mühafizə orqanları onu saxlayıb.

M.Karapetyan hadisə baş verən pivəxananın direktorudur.

Oxşar Xəbərlər