İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Apr25,2024

Avropa İttifaqına üzv olmaq Gürcüstan hakimiyyətinin xarici siyasətinin prioritetlərindən biridir.

QİA.az  Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze Macarıstanda “Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı”nın (CPAC) açılış mərasimində çıxışı zamanı bildirib.

O deyib: “Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq və biz birlikdə Avropa İttifaqının möhkəmlənməsinə, dayanıqlı dəyərlərə əsaslanan Avropanın qurulmasına mühüm töhfə verə biləcəyik”.

Qeyd edək ki, İ.Kobaxidze hökumət nümayəndə heyəti ilə birgə Macarıstanda səfərdədir.

Mənbə:AZƏRTAC

Oxşar Xəbərlər