İran, ərazisində 160 erməni əsgərin olması barədə şayiələrə cavab verib

İran İslam Respublikasının Yerevandakı səfirliyi İran ərazisində 160 erməni hərbi qulluqçusunun olması haqqında şayiələri təkzib edib.

“QİA.az” xəbər verir ki, bu barədə İranın “Parstoday.com” saytı bildirib.

Sayt Ermənistan mətbuatında İranda 160 erməni hərbi qulluqçusunun olması barədə şayiələrə cavab olaraq İranın Yerevandakı səfirliyinin bəyanatını yayıb.

“İran İslam Respublikasının Ermənistan Respublikasındakı Səfirliyi Ermənistanın bəzi mətbu orqanlarında 160 erməni əsgərin İranda olması və İran tərəfinin onların qayıdışı üçün ilkin şərtlər irəli sürməsi barədə yayılan şayiələri yanlış və əsassız hesab edir”, – deyə bəyanatda bildirilir.

Xatırladaq ki, Ermənistanın bir sıra kütləvi informasiya vasitələri ənənəvi olaraq növbəti dezinformasiya yayıblar. Bəzi media orqanlarında yayılan məlumata görə, ikinci Qarabağa müharibəsi zamanı 160 erməni əsgər Ermənistan-İran sərhədini keçib. Erməni jurnalistlər iddia edib ki, İran guya həmin hərbçilərin geri qaytarılması üçün Ermənistana şərtlər irəli sürüb.

Oxşar Xəbərlər