İran cüdoçuları beynəlxalq yarışlardan kənarlaşdırılıb

May2,2021 #Cüdo #İran

İran cüdoçuları İsraildən olan idmançılarla mübarizədənin sistematik yayındıqlarına görə beynəlxalq yarışlardan kənarlaşdırılıb.

“QİA.az” xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Məlumata görə, əvvəlcə Beynəlxalq Cüdo Federasiyası (IJF) qeyri-müəyyən cəza müddətinin təbtiq olunmasını təkid edib. Ancaq İdman Arbitraj Məhkəməsi (CAS) İranın cüdo üzrə yığmasını beynəlxalq startlarda iştirakdan dörd il müddətinə kənarlaşdırmağı qərara alıb. Diskvalifikasiya 2019-cu ildən sayılır.

Oxşar Xəbərlər