İran İnqilab Keşikçiləri Qvardiyası körfəz sahilindəki yeraltı strateji raket bazasının fotosunu yayıb.
“QİA.AZ” xəbər verir ki, bazanın fotosu Qvardiyaya məxsus “Sepah News” saytı paylaşıb.
Bu hərbi birləşmənin komandanı, general-mayor Hüseyn Salami bazanın açılış mərasimində deyib: “Məqsədimiz ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini, islam inqilabının nailiyyətlərini müdafiə etməkdir”.
Qeyd edək ki, ABŞ İran İnqilab Keşikçiləri Qvardiyasının terrorçu təşkilatlar siyahısına daxil edib.