İran prezidenti ölkədə koronavirusun dördüncü dalğasının başladığını elan edib

Apr3,2021

İranın iki əyalətində koronavirusun yayılmasının dördüncü dalğası başlayıb.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının prezidenti Həsən Ruhani bildirib.

“Təəssüf ki, iki vilayətdə dördüncü dalğa başlayıb və tibbi protokollara riayət edilməyəcəyi təqdirdə bu, bir sıra digər vilayətlərdə də başlaya bilər”, – Ruhaninin Mətbuat xidməti onun sözlərindən sitat gətirib. O, hansı vilayətlərdən söhbət getdiyinə aydınlıq gətirməyib.

Qeyd edək ki, son günlərdə İranda koronavirusa yoluxma sayında artım müşahidə olunur. Aprelin 1-də dekabrın əvvəlindən bəri ilk dəfə ölkədə gündəlik 11 mindən çox yeni yoluxma aşkar edilib. Rəsmi statistikaya əsasən, aprelin 2-nə olan məlumata görə, İranda yoluxmuş insanların ümumi sayı 1 908 974-ə, ölənlərin sayı isə 62 876-ya çatıb, respublikada ümumilikdə 1 633 949 nəfər virusdan sağalıb.

Oxşar Xəbərlər