İran xarici ölkələrə səfər edən vətəndaşlara vaksin tələbi qoydu

Sen14,2021

İrandan hər hansı bir ölkəyə səfər etmək istəyən vətəndaş koronavirus əleyhinə hər iki doza vaksini vurdurmalıdır.

QİA.AZ xəbər verir ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Bəhram Eynullahi jurnalistlərə açıqlamasında deyib.

B.Eynullahinin sözlərinə görə, bundan başqa, xaricdə olan vətəndaşlar İrana döndükdə PCR testi verməli, sonra isə vaksin olunmalıdır.

Eynullahi deyib ki, son təhsil ili olan məktəblilərin koronavirus əleyhinə vaksinasiya prosesi gələn həftədən başlayacaq. Bununla əlaqədar 18 yaşdan aşağı şəxslər üçün vaksinlər idxal olunub.

İranlı nazir bu gün İranda vaksinasiyanın 38 milyon dozaya yüksəldiyini deyib. Son iki ay ərzində təxminən 33 milyon doza vaksin vurulub.

Qeyd edək ki, bu günədək İranda 5,34 milyon nəfər koronavirusa yoluxub, 115 min nəfər bu virus nəticəsində ölüb, 4,62 mlyon nəfər sağalıb. İranda təxminən 37,8 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 25 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 12,8 milyon təşkil edir.

Oxşar Xəbərlər