“Bu səfər Məhmməd Cavad Zərifin xarici işlər naziri vəzifəsində işlədiyi müddətdə ən mühüm və uğurlu regional ziyarətlərdən biri idi”.
“QİA.AZ” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə fevralın 1-də keçirdiyi mətbuat konfransında bildirib.
O, Zərifin Türkiyə, Cənubi Qafqaz və Rusiyaya səfərinin uğurla keçdiyini söyləyib: “İran XİN başçısının reallaşdırdığı ziyarət zamanı regional əməkdaşlıq, davamlı sabitlik, iqtisadi məsələlər, 3+3 formatında əməkdaşlığın həyata keçirilməsi və başqa mövzuları müzakirə edib”.
Zərifin Türkiyəyə səfərini dəyərləndirən sözçü deyib: “Tehran-Ankara əlaqələri çox yaxşıdır. Xarici işlər nazirinin ziyarəti də çox məhsuldar olub. Türkiyədə keçirilən görüşlərdə Qafqazla bağlı məsələlər masaya çıxarılıb”.