İranda Novruz çərşənbələri ilə bağlı mərasimlərdə ölənlərin sayı 26-ya çatıb.
QİA.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi bildirib.
İranın fövqəladə hallar xidmətinin rəhbərinin sözlərinə görə, bayram günlərində 1400-ə yaxın təcili tibbi yardım stansiyası yüksək hazırlıq vəziyyətinə gətirilib.
Bildirilib ki, şənliklərdə yaralananların sayı 4360-ü keçib. Təkcə Tehranda gün ərzində yanğın təhlükəsi ilə bağlı 1800 çağırış daxil olub, 2 paytaxt sakini ölüb.