İranda daha 105 nəfər koronavirusdan ölüb

Noy15,2021

İranda ötən sutka ərzində 105 nəfər koronavirusdan (COVID-19) ölüb, 7 494 nəfər yoluxub.

QİA.AZ“ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 128 272 nəfərə, yoluxanların sayı isə 6 045 212 nəfərə çatıb. Virus daşıyıcılarından 3 491 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 708 253 nəfər koronavirusdan sağalıb, 37,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 99 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 55,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 562 min təşkil edir.

Oxşar Xəbərlər