İranda ötən sutka ərzində 178 nəfər koronavirusdan (COVID-19) ölüb.
QİA.AZ-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 53 273 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 121 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 145 651 nəfərə çatıb. Virus daşıyıcılarından 5 627 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 865 472 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 6,94 milyondan çox diaqnoz testi həyata keçirilib.
Nazirlik rəsmisi İranda 12 rayonun qırmızı, 288 rayonun narıncı və 148 rayonun sarı zona olduğunu deyib.