Sentyabrın 13-də İranın şimal-şərqində yerləşən Razavi Xorasan əyalətində 5,2 bal gücündə zəlzələ olub.
“QİA.AZ” “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.
Zəlzələnin episentri Goçan şəhərində yerləşib. Yeraltı təkanlar 6 km dərinlikdə baş verib. Bölgəyə xilasetmə qüvvələri cəlb edilib.
Təbii fəlakət nəticəsində ölən, yaralanan və dağıntılar barədə hələlik məlumat yayılmayıb.