İranda zəlzələ qeydə alınıb

Yan31,2021

İranın cənub-şərqində yerləşən Kerman vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.

QİA.AZ-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 19:34-də qeydə alınıb. Yeraltı təkanların episentri Faryab şəhərindən 30 kilometr məsafədə, ocağı isə 21 kilometr dərinlikdə yerləşib.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Oxşar Xəbərlər