İranda zavodda güclü partlayış olub

İyn6,2021

İranda yerli poladtökmə zavodunda güclü partlayış baş verib.

“QİA.az”ın məlumatına görə, bu barədə “Voanews” portalı bildirib.

Qeyd edilir ki, hadisə Zərənd şəhərində olub. Alov şəhərin müxtəlif ərazilərindən görünüb.

Hadisə əridilmiş metal sızmasına görə olub. Hələlik partlayış nəticəsində zərərçəkənlərin olub-olmaması barədə məlumat yoxdur.

Sosial şəbəkə istifadəçiləri müəssisənin ərazisində güclü yanğını əks etdirən videogörüntüləri paylaşıblar.

Oxşar Xəbərlər