İranın Dəməşqdəki konsulluq binası dağıdılıb: Daha bir SEPAH generalı öldürülüb -YENİLƏNİB + FOTO

Apr1,2024

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Məhəmməd Hadi Hacı Rəhimi İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə nəticəsində həlak olanlar arasındadır. 

Ümumilikdə, zərbə nəticəsində azı beş nəfər həlak olub.

Məlumata görə, Rəhimi bu hücumda öldürülən SEPAH-ın briqada generalı Məhəmməd Rza Zahidinin müavini vəzifəsində çalışıb.

Mənbə: TASS

19:52

İsrailin hava hücumu nəticəsində Dəməşqdəki İran konsulluğunun binası tamamilə dağılıb.

İran səfiri Hüseyn Əkbərinin və ailəsinin zərbə nəticəsində xəsarət almadığı bildirilib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtının qərbində, SEPAH-dan (İran İnqilab Keçişçiləri Korpusu – red.) olan iranlı hərbi məsləhətçilərin yaşadığı Mezze məhəlləsinə raket zərbələri endirib.

Zərbələr nəticəsində SEPAH Hərbi Hava Qüvvələrinin sabiq komandanı, general Məhəmməd Rza Zahedi öldürülüb. 

Oxşar Xəbərlər