İranın hərbi gəmisi Oman körfəzində batıb

İyn2,2021

İran hərbi dəniz qüvvələrinin gəmisi Oman körfəzində təlimlər zamanı batıb.

“QİA.az” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, hadisə barədə məlumatı İran İslam Respublikasının Ordusu yayıb.

Məlumata görə, “Xark” adlı gəmidə yanğın baş verib. Gəminin heyəti təhlükəsiz şəkildə sahilə çatdırılıb, lakin yanğını söndürmək mümkün olmayıb və gəmi İranın Cask limanı yaxınlığında batıb.

Ordunun açıqlamasına görə, gəmi İran hərbi dəniz qüvvələri tərəfindən dəstək və təlim missiyalarında istifadə olunurdu.

Oxşar Xəbərlər