İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Apr29,2024

İranın mədəniyyət və irşad naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana səfər edəcək.

QİA.az İRNA-ya istinadən xəbər verir ki, o, mayın 1-3-də Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaq.

“Mən bu həftə keçiriləcək regional sammitdə iştirak etmək üçün tezliklə Azərbaycan Respublikasının paytaxtı Bakıya səfər edəcəyəm”, – nazir bildirib.

Məhəmməd Mehdi İsmaili səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə müxtəlif görüşlər keçirməklə yanaşı, qarşılıqlı mədəni əlaqə və əməkdaşlıq səviyyəsini artırmağa çalışacaqlarını da söyləyib.

Oxşar Xəbərlər