Birinci rübdə İran neftinin ixracı son altı ilin ən yüksək səviyyəsinə çatıb.
“Financial Times”ın “Vortexa” tədqiqat şirkətinin hesablamalarına istinadən verdiyi məlumata görə, ilin ilk üç ayında İrandan neft ixracının orta həcmi gündə təxminən 1,56 milyon barel olub ki, bu da 2018-ci ilin üçüncü rübündən bəri ən yüksək göstəricidir.
Ekspertlər hesab edirlər ki, İran mövcud sanksiyaların təsirindən yayınaraq, Qərb ölkələrinin İsrailə raket hücumlarından sonra tətbiq edəcəyi yeni sanksiyalar ərəfəsində neft satışlarını artırıb.
Bir çox analitiklər hesab edirlər ki, İran Çin sayəsində neft satışlarını artırır.
Lakin İranın sanksiyalardan yayınmasının qarşısını almaq üçün Çinə təsir etmək kifayət qədər çətindir. Belə ki, İran nefti ÇXR-in iri dövlət şirkətlərindən keçmir, kiçik özəl neftayırma zavodlarına gedir.