İran OPEK+ çərçivəsində aktiv iştirakı və mövqeyinə görə Azərbaycana təşəkkür edir.
QİA.AZ-ın məlumatına görə, bunu İranın neft naziri Bijən Zəngənə Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşdə deyib.
B.Zəngənənin sözlərinə görə, Azərbaycanla İranın münasibətləri yüksək səviyyədədir və bu münasibətlər daha da inkişaf edəcək: “Dünyanın neft bazarında OPEK+ çərçivəsi və addımları effektivdir. Neftin qiymətini münasib səviyyədə saxlamağa nail olacağımıza ümid edirəm”.
Görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib ki, hazırkı şəraitdə bazarın qiymətinin yaxşılaşdırılması üçün OPEK+ çərçivəsi münasib mexanizmdir. Bu mexanizmin daha effektiv olması üçün onu genişləndirmək lazımdır.
Şahbazov əlavə edib ki, aprel ayında neft bazarının qarşısında duran problem OPEK+ mexanizmi ilə həll edildi.