İranın Quru Qoşunları sabah hərbi təlim keçirəcək

Yan18,2021

“İran Silahlı Qüvvələri Quru Qoşunları yanvarın 19-da “İqtidar-99” adlı irimiqyaslı təlim keçirəcək”.

QİA.AZ “Mehr”ə istinadən xəbər verir ki, bunu Quru Qoşunlarının komandanı, briqada generalı Kiyumərs Heydəri açıqlayıb.

Bildirilib ki, hərbi manevr İranın cənub-şərqində Oman körfəzində, Mekran sahillərində keçiriləcək.

Oxşar Xəbərlər