İranın XİN başçısı Azərbaycana gələcək

Yan4,2021

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Azərbaycana səfər edəcək.

“QİA.AZ” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yanvarın 4-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, M.Zərifin Moskva, Bakı və Yerevana səfərləri gündəlikdədir.

S.Xətibzadə səfərin tarixi və gündəliyi barədə açıqlama verməyib.

Oxşar Xəbərlər