İran Suriyanın Hələb şəhərində Baş Konsulluq açacaq.
QİA.AZ-ın”TASS”a istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Onun sözlərinə görə, bu barədə qərar Suriya prezidenti Bəşər Əsəd və Suriya Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq qəbul edilib:
“İranın Suriyadakı Baş Konsulluğunun açılmasının iki ölkə arasında iqtisadi, mədəni və ticarət əməkdaşlığını genişləndirəcəyinə ümid edirəm”.