İraq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” modelini öyrənmək və tətbiq etmək istəyir.
QİA.AZ xəbər verir ki, bu məsələ Azərbaycan və İraq arasında Birgə Komissiyanın bu gün Bakıda keçirilmiş II iclasının yekun protokolunda öz əksini tapıb.
İraq tərəfi həmçinin Azərbaycanın “Elektron hökumət” modelini tətbiq etmək niyyətindədir və bununla bağlı ölkəmizdə Anlaşma Memorandumu imzalamağı planlaşdırır.