İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən “Bayraktar TB2” PUA, 12 ədəd “T129 ATAK” helikopteri və 6 “KORAL” mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib.
QİA.AZ-ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılan İraq Müdafiə naziri Türkiyə Müdafiə Şirkətinin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirib.
Məlumata əsasən, İraqın “Al Sharkiye” telekanalının efirində qonaq olan nazir “Bayraktar TB2” PUA ilə bağlı “konsensusa gəldiklərini”, 12 ədə “T129 ATAK” helikopteri almaq “niyyətində olduqlarını” və 6 mobil radio-elektron müharibə sistemini “satın alma təklifini” göndərdiklərini bildirib.