İraq XİN ABŞ prezidentinə etiraz edib

Dek24,2020

İraq Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın dinc iraqlıları qətlə yetirən “Blackwater” mühafizə şirkəti əməkdaşlarını əfv etməsinə etirazını bildirib.

“QİA.AZ” xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi açıqlama yayıb.

“Biz ABŞ hakimiyyətini öz qərarına baxmağa çağırırıq”, – nazirlik bildirib.

Məlumata görə, 2007-ci ilin sentyabrında ABŞ-ın Bağdaddakı səfirliyinin avtomobil karvanını müşayiət həmin şirkətin mühafizəçilərinin yoldan keçənlərə atəş açması nəticəsində 17 nəfər ölmüşdü. Məhkəmə onlardan birini ömürlük, üçünü isə 30 il azadlıqdan məhrum etmişdi.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabrın 23-də 20 nəfər, dekabrın 24-də isə 26 nəfərin əfvi barədə qərar imzalayıb.

Oxşar Xəbərlər