İraqın Səlahəddin regionundakı neft emalı müəssisəsinin yanacaq anbarına raket atılıb.
“QİA.AZ” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ən böyük neft emalı müəssisəsinin yerləşdiyi Bayci şəhərindən cənub-qərbdə yerləşən həmin ərazidə baş verən hadisə nəticəsində yanğın baş verib. Bu barədə ölkənin Neft Nazirliyi açıqlama verib.
Hadisə yerinə yanğın xidməti bölmələri cəlb edilib, yanğın bir neçə saata söndürülüb.
Bu hücumun məsuliyyətini üzərinə götürən İŞİD müəssisəyə iki ədəd “Katyusha” raketi atdıqlarını bildirib.