İraqın xüsusi xidmət orqanları ölkənin qərbində terror aktının qarşısını alıb.
“QİA.AZ” xəbər verir ki, bu barədə INAagentliyi bildirib.
Qeyd edilir ki, hadisə Anbar şəhərində olub. Terrorçular polis bölmələrindən birinin yaxınlığında diversiya əməliyyatı planlaşdırıblar.
“Güc strukturlarının əməkdaşları Anbarda polis bölmələrindən birinin yaxınlığında minalanmış avtomobilin partladılmasının qarşısını alıblar”, – deyə agentlik bildirib.