İSBAM Baydenin “qondarma erməni soyqırımı” ilə bağlı açıqlamasına etiraz edib – Bəyanat

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) ABŞ prezidentinin “qondarma erməni soyqırımı” ilə bağlı mövqeyinə dair bəyanat yayıb.

QİA.AZ xəbər verir ki, bəyanatda deyilir:

“ABŞ prezidenti Co Bayden saxta “erməni soyqırımı ilə bağlı səsləndirdiyi fikirlər demokratiya və ədalət prinsipləri müdafiəçisi iddasında olan Birləşmiş Ştatların beynəlxalq nüfuzuna zərbədir. Bu Amerika tarixi üçün ən uğursuz çıxış kimi qeydə alınacaqdır.

Əgər məqsəd tarixi faktları obyektiv araşdırılmasıdırsa, bu iş tarixçilərə həvalə edilməlidir. Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduqlarını dəfələrlə bildirib və gerçəkliyi üzə çıxartmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb.

Ermənistan tərəfinin tarixi faktları saxtalaşdırılması yalnız Türkiyə dövlətinə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. 1918- ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk müsəlman öldürülüb. Ötən əsrin insanlığına qarşı ən ağır faciəsi isə Xocalı soyqırımıdır. Ermənistan hərbi birləşmələri tərəfindən 26 fevral 1992-ci ildə Xocalı şəhərində amansız cinayət həyata keçirildi. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil bəşəriyyətə, insanlığa yönəlmiş ən dəhşətli cinayətlərdəndir. 30 ilə yaxındır Ermənistanın aqressiyasının, insanlıq cinayətinin siyasi-hüquqi qiymətinin almaması dünya siyasətinin ikili standartlarla idarə olunmasının təcəssümüdür.

Buyursun ABŞ höküməti ən yeni tarixdə baş vermiş həqiqi faktların ortada olduğu Xocalı soyqırımını tanısın. Bütün sübutlarla əhatə olunmuş Xocalı həqiqətini görməzdən gələn ABŞ-in Türkiyəyə saxta ittihamlarla təzyiq göstərməsi yolverilməzdir.

Təkcə son on illliklərdə ABŞ-ın Əfqanıstanda, İraqda, Suriyada və digər bölgələrdə həyata keçirdiyi hərbi əməliyyatlar zamanı günahsız dinc insanların qətlə yetirilməsinin hesabı kimdən sorulmalıdır? Ən yeni tarixdə baş vermiş bu insanlıq cinayətlərini göz ardı edilərək tarixi saxtalaşdırıb, 106 il əvvəlki dövrü yenidən yazmağa cəhdlər siyasi təzyiq məqsədi daşımaqdadır. Erməni lobbisinin yalan təbliğatına ABŞ hökümətinin özünün inandıraraq arzuolunmaz çıxışlar etməsi tarixi səhvdir. Türkiyənin haqqlı davasında daim onu müdafiə edərək, erməni uydurmalarını və siyasi ikili standartlara qarşı mübarizəmizi davam etdirəcəyik”.

Oxşar Xəbərlər