ISESCO rəsmisi: “Mədəniyyət abidələri öz sahiblərinə qaytarılmalıdır”

Noy10,2020

“Qarabağda Azərbaycanın məscidləri hücumlara məruz qalıb. Hesab edirəm ki, tarixi irs, mədəniyyət abidələri öz sahiblərinə qaytarılmalıdır”.

“QİA.AZ” xəbər verir ki, bunu ISESCO-nun baş direktoru Salem ibn Məhəmməd əl-Maliki deyib.

Onun sözlərinə görə, bu məsələnin həllində regional qüvvələrdən istifadə olunmalıdır: “Azərbaycan Qərb və Şərq arasında təhlükəsiz məkandan ibarətdir. Azərbaycanın bir çox təqdim etdiyi təşəbbüslər dünya birliyi tərəfindən müsbət qarşılanır və dəstəklənir. Mən Azərbaycan Prezidentini və xalqını qələbəyə görə təbrik edirəm”.

Oxşar Xəbərlər