“Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçıları Şuşa qalasında olublar.
QİA.az xəbər verir ki, xarici qonaqlara şəhərin zəngin tarixi haqqında məlumat verilib.
Konfrans iştirakçıları Şuşa şəhərinin bərpası və tarixi görkəminə qaytarılması istiqamətində aparılan işlərlə tanış olublar. Onlara şəhərin işğalı zamanı ermənilərin törətdikləri vandalizm aktları barədə məlumatlandırılıb.
Qeyd edək ki, Bakıda keçirilən iki günlük tədbirin sonunda qonaqların 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına səfəri təşkil olunub.
15:54
“Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçıları Şuşaya gəliblər.
“Report” xəbər verir ki, Bakıda keçirilən iki günlük tədbirin sonunda qonaqların 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına səfəri təşkil olunub.
Qonaqlar burada Ermənistanın işğalı illərində mədəniyyət və dini abidələrin dağıdılmasının şəxsən şahidi olacaqlar.
İlk ziyarət yeri Yuxarı Gövhər Ağa məscidi olub.
Beynəlxalq konfransda 30-dan çox ölkədən 130 qonaq, o cümlədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, dini liderlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən yerli ekspertlər, dövlət rəsmiləri, liderlər iştirak edib.
Qeyd edək ki, martın 15-nin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.