“Eurovision-2021” mahnı müsabiqəsində iştirak edən İslandiya təmsilçisinin daha bir üzvündə koronavirus aşkarlanıb.
QİA.AZ-ın müsabiqənin saytına istinadən xəbər verir ki, Rotterdam şəhərindəki “Ahoy Arena”da sabah keçiriləcək ikinci yarımfinalında çıxışı nəzərdə tutulan İslandiya təmsilçisi olan “Daði og Gagnamagnið” qrupu canlı çıxış etməyəcək, əvəzində ayın 13-də lentə alınmış məşqləri nümayiş olunacaq.
Qeyd edək ki, bundan əvvəl qrupun digər üzvlərində də COVID-19 aşkarlanmışdı.