İsmayıllıda bir qrup işsiz gənclə növbəti görüş keçirilib
Rayon İcra Hakimiyyətindən “QİA.az”a verilən məlumata görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi Dövlət İmtahan Mərkəzinin işə qəbul imtahanlarından uğur qazanmış gənclərlə növbəti görüş keçirib. Tədbirdə dövlət qulluğunun inzibati vəzifələrinin 3-7-ci təsnifatları üzrə müvafiq sertifikat almış, hazırda işsiz olan rayon sakinlərinin imtahanlardakı nəticələri və intellektual potensialları diqqət çəkib. Onların gündəlik həyat tərzi, qayğıları da müzakirə olunub.
Gənclər yerli dövlət müəssisə və təşkilatlarında mövcud vakant vəzifələr barədə məlumatlandırılıb, kadr təyinatları zamanı onların da nəzərə alınacağı bildirilib. Rayonda vətəndaşların işlə təmin edilməsinə məsul olan qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Gənclər xüsusi diqqətə görə rayon rəhbərliyinə minnətdarlıq ifadə edib.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ