İsmayıllıda qaydaları pozan sürücülər cəzalandırılıb

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də səkilərdə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan “QİA.az”a verilən məlumata görə, polis əməkdaşları həmin sürücülərlə izahedici söhbətlər aparıb, bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğunu onların diqqətinə çatdırıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Oxşar Xəbərlər