Bakıda Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) inkişaf etməkdə olan ölkələrin milli standartlaşdırma qurumları üçün “Liderlik və İdarəetmə İnkişaf Proqramı” üzrə regional seminarı işə başlayıb.
QİA.az məlumat verir ki, seminarda Azərbaycanla yanaşı, Albaniya, Baham adaları, Burkina Faso, Beliz, Butan, Kolumbiya, Qana, Yunanıstan, Keniya, Monqolustan, Qətər, Ruanda, Səudiyyə Ərəbistanı, Yəmən və İsveçdən milli qurumların rəhbər heyətləri iştirak edir.
O cümlədən, tədbirə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov, AZSTAND-ın müdiri İlham Bayramov, ISO-nun potensialın genişləndirilməsi üzrə şöbəsinin rəhbəri Erik Kiek qatılıb.