İspaniya məhkəməsi otellərin və qonaq evlərinin bron edilməsi üzrə fəaliyyət göstərən “Booking.com” platformasını rəqabətə zidd fəaliyyətinə görə 400 milyon avrodan çox cərimələyib.
QİA.az xəbər verir ki, İspaniya mətbuatının məlumatına görə, bu, hakimiyyət tərəfindən indiyədək tətbiq edilən ən yüksək cərimə cəzasıdır.
Məhkəmənin fikrincə, “Booking.com” illər boyu dominant bazar mövqeyindən sui-istifadə edib. O, otellərə ədalətsiz şərtlər qoyub və rəqiblərə maneə törədib. Nəticədə İspaniyadakı otellər və digər online turizm agentlikləri platformanın fəaliyyətindən ciddi zərər görüb. Belə ki, “Booking.com” yerli otellərə öz saytlarında platformadakı qiymətlərdən daha ucuz nömrələr təklif etməyə icazə verməyib və onlarla məsləhətləşmədən tez-tez müştərilərinə endirimlər edib.
Məhkəmənin ittihamını rədd edən “Booking.com” isə qərardan apelyasiya şikayəti verib.