İspaniya La Liqası: “Real Madrid” inamlı qələbə qazandı – VİDEO 

May4,2024

İspaniya La Liqasında 34-cü tura start verilib.

QİA.az xəbər verir ki, günün maraqlı görüşündə “Real Madrid” “Kadiz”lə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində komandalar çox çalışsalar da, hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan “Kral” klubu nəhayət ki, istəyinə çatıb. Brahim Diaz 51-ci dəqiqədə sükutu pozub. Hücumlarını daha da artıran meydan sahibləri yenidən rəqibi meydanın mərkəzinə dəvət ediblər. 68-ci dəqiqədə ingiltərəli ulduz Cud Bellingem fərqi artırıb – 2:0. Görüşdə son nöqtəni isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Xoselu qoyub – 3:0.

Oxşar Xəbərlər