2002-ci ildən bəri İspaniya klubları və millisi böyük turnirlərin (UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, dünya və Avropa çempionatları) finalında qeyri-ispan komandalarına qarşı oynadıqları bütün matçlarda (23) qalib gəliblər.
QİA.az xəbər verir ki, İspaniya millisinin və klublarının qələbə seriyası 2002-ci ildə Çempionlar Liqasının finalında “Real Madrid”in Almaniya təmsilçisi “Bavariya” üzərində qələbəsindən (2:1) sonra başlayıb.
Maraqlıdır ki, İspaniya təmsilçiləri ilə bağlı sonuncu məğlubiyyət 2001-ci ildə Çempionlar Liqasının finalında – “Valensiya” – “Bavariya” (Almaniya) matçında qeydə alınıb. İtaliyanın Milan şəhərində keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında Münhen klubu daha dəqiq oynayıb – 5:4.
Qeyd edək ki, İspaniya millisi Almaniyada keçirilmiş AVRO-2024-ün finalında İngiltərəni 2:1 hesabı ilə məğlub edib.