İspaniya millisinin futbolçusu “Qarabağ”la matçda oynamayacaq

Dek8,2020
İspaniya millisinin futbolçusu "Qarabağ"la matçda oynamayacaq

İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Pako Alkaserin Avropa Liqasının qrup mərhələsinin sonuncu – altıncı turunda “Qarabağ”la matçı buraxacağı dəqiqləşib.

“QİA.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqanın XII turunda “Elçe” ilə qolsuz heç-heçə etdikləri matçda zədələnən 27 yaşlı hücumçunun bud əzələsində yırtıq aşkarlanıb.

İspaniya yığmasının da şərəfini qoruyan forvardın 2021-ci ildə sıraya dönəyəcəyi gözlənilir.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək “Vilyarreal” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Daha əvvəl digər hücumçu Karlos Bakka ilə yanaşı, yarımmüdafiəçi Moi Qomesin də zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxacağı açıqlanıb.

Oxşar Xəbərlər